"Qalatasaray" "Tottenhem"in müdafiəçisini transfer etmək istəyir

11:50 - 1 İyun 2024

"Qalatasaray" müdafiənin sağ cinahını yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, istanbul təmsilçisi "Tottenhem"də çıxış edən Emerson Royalı transfer etmək istəyir. Bu barədə "Sportcell" məlumat yayıb.

"Sarı-qırmızılar" braziliyalı futbolçu üçün İngiltərə klubu ilə danışıqlara başlayacaq. Əsas heyətdə az forma şansı qazanan müdafiəçi özü də komandadan ayrılmağa isti yanaşır.

Qeyd edək ki, "Tottenhem" Emerson Royalı 2021-ci ilin yayında "Barselona"dan transfer edib. 25 yaşlı arxa xətt oyunçusu son mövsümdə London təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 1 qol vurub. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.

Xəbər xətti