"Arsenal"ın müdafiəçisi Aleksandr Zinçenko karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Bavariya" ukraynalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Mirror" nəşri məlumat yayıb.
Münhen təmsilçisinin yeni baş məşqçisi Vinsent Kompani 27 yaşlı sol cinah müdafiəçisinin xidmətində maraqlıdır. "Bavriya" təcrübəli oyunçu üçün London klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, "Arsenal" Aleksandr Zinçenkonu 2022-ci ilin yayında "Mançester Siti"dən transfer edib. Ukrayna millisinin üzvü başa çatan mövsümdə "topmular"ın heyətində meydana çıxdığı 35 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.
saytlarin hazirlanmasi