"Arsenal" yayda hüum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, London təmsilçisi "Lehypziq"də çıxış edən Benjamin Şeşkonu transfer etmək istəyir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
London klubu 21 yaşlı forvardın klubu iıə müqaviləsində yer alan 65 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır. "Arsenal" keçidi Avro-2024pdən öncə yekunlaşdırmağa çalışır. Gənc forvardla "Mançester Yunayted" və "Çelsi" də maraqlanır.
Qeyd edək ki, "Leypziq" Benjamin Şeşkonu 2023-cü ilin yayında "Zalzburq"dan transfer edib. Sloveniya millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 18 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimidir.
saytlarin hazirlanmasi