"Liverpul"un yeni mövsüm üçün ilk transfer hədəfi məlum olub.
Sportal.az xəbər verir ki, Mersisayd təmsilçisi "Portu"da çıxış edən Alan Varelanı transfer etmək istəyir. Bu barədə AS nəşri məlumat yayıb.
İngiltərə klubu tezliklə uruqvalı dayaq yarımmüdafiəçisi ilə danışıqlara başlayacaq. Futbolçunun klubu sərfəli təklif gələcəyi təqdirdə onu satmağa hazırdır.
Qeyd edək ki, "Portu" Alan Varelanı ötən ilin yayında "Boka Xuniors"dan transfer edib. 22 yaşlı yarımmüdafiəçi Portuqaliya təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi