"Mançester Yunayted" yeni mövsüm üçün müdafiə xəttini gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İngiltərə klubu "Sportinq"də çıxış edən Qonçalo İnasionu transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Qırmızı şeytanlar" 22 yaşlı mərkəz müdafiəçisi üçün onun klubu ilə müqaviləsində yer alan 60 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır. Portuqaliyalı futbolçu ilə "Liverpul" da yaxından maraqlanır.
Qeyd edək ki, Qonçalo İnasio "Sportinq"in yetirməsidir. Portuqaliya millisinin üzvü başa çatan mövsümdə Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi