İtaliyanın "Yuventus" klubu yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirəcək.
Sportal.az xəbər verir ki, Turin təmsilçisi "Aston Villa"da çıxış edən Duqlas Luisi transfer etməyə yaxındır. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
"Yuventus" braziliyalı yarımmüdafiəçi ilə şəxsi şərtləri razılaşdırıb. İki klub arasında dabışıqlar davam edir.
Qeyd edək ki, "Aston Villa" Duqlas Luisi 2019-cu ilin yayında "Mançester Siti"dən transfer edib. 26 yaşlı dayaq yarımmüdafiəçisi son mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 53 rəsmi matçda 10 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi