"Beşiktaş"ın hücumçusu Vensan Abubakar karyerasını Meksikada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Tiqres" kamerunlu futbolçunu transfer etmək istəyir. Bu barədə "A Bola" nəşri məlumat yayıb.
Meksika klubu 32 yaşlı forvardın meneceri ilə əlaqə saxlayıb.
Qeyd edək ki, Vensan Abubakar başa çatan mövsümdə "Beşiktaş"ın heyətində meydana çıxdığı 34 rəsmi matçda 12 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi