"Milan"ın müdafiəçisi Teo Ernandes karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted" fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
İngiltərə nəhəngi 26 yaşlı sol cinah müdafiəçisi üçün İtaliya klubuna 60 milyon avroluq rəsmi təklif göndərəcək. "Bavariya" da Teo ilə maraqlanır.
A Seriyası təmsilçisi təcrübəli arxa xətt oyunçusunu 80 milyon avroya satmağa hazırdır.
Qeyd edək ki, "Milan" Teo Ernandesi 2019-cu ilin yayında "Milan"dan transfer edib. Fransa millisinin üzvü başa çatan mövsümdə "rossonerilər"in heyətində meydana çıxdığı 46 rəsmi matçda 5 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi