"Beşiktaş"ın futbolçusu Baxtiyor Zaynutdinov karyerasını yenidən Rusiya Premyer Liqasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Zenit" qazaxısyanlı müdafiəçini transfer edib. Bu barədə "Sport Express" nəşri məlumat yayıb.
Sankt-Peterburq təmsilçisi bu keçid üçün Türkiyə klubuna 4,5 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, "Beşiktaş" Baxtiyor Zaynutdinovu 2023-cü ilin yayında Moskva ÇSKA-sından transfer etmişdi. 26 yaşlı sol cinah müdafiəçisi İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi