Mourinyo ulduz futbolçunu "Fənərbaxça"ya gətirmək istəyir

18:16 - 5 İyun 2024

"Fənərbaxça" yeni mövsüm üçün transfer fəaliyyətinə start verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi heyətini tyanınmış futbolçu ilə gücləndirə bilər. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

İstanbul təmsilçisinin baş məşqçisi Joze Mourinyo "Tottenhem"də onun rəhbərliyi altında çıxış etmiş Hın-Min Sonu komandasında görmək istəyir. "Fənərbaxça" koreyalı vinger üçün London təmsilçisi ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Hın-Min Son başa çatan mövsümdə "Tottenhem"in heyətində meydana çıxdığı 36 rəsmi matçda 17 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. 31 yaşlı futbolçunun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

Xəbər xətti