Renat Dadaşovun komanda yoldaşı "Latsio"ya keçə bilər

16:58 - 6 İyun 2024

"Hatayspor"un hücumçusu Fisayo Dele-Başiru karyerasını İtaliya A Seriyasından davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Latsio" nigeriyalı futbolçunu transfer etmək istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Roma təmsilçisi 23 yaşlı vinger üçün Türkiyə klubuna 5 milyon avro ödəməyə hazırdır. "Hatayspor" isə oyunçu üçün 6 milyon avro tələb edir.

"Hatayspor" Fisayo Dele-Başirunu 2023-cü ilin yayında "Şeffild Uednesdey"dən transfer edib. Nigeriya millisinin üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşov da 2023/2024 mövsümünü icarə əsasında "Hatayspor"da keçirib.

Xəbər xətti