İtaliyanın "Milan" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, "rossonerilər" "Boyonya"da çıxış edən Coşua Zirzkeni transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Milan" niderlandlı hücumçu üçün onun klubuna 40 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır. Milan təmsilçisi 23 yaşlı forvardla şəxsə müqavilənin şərtlərini müzakirə edir.
Qeyd edək ki, "Bolonya" Coşua Zirzkeni 2022-ci ilin yayında "Bavairya"dan transfer edib. Niderland U-21 millisinin üzvü son mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi