Mane Ronaldoya görə "Əl-Nəssr"dən ayrılmaq istəyir

21:59 - 7 İyun 2024

"Əl-Nəssr"in futbolçusu Sadio Mane komandadan ayrıla bilər.

Sportal.az xəbər verir ki, seneqallı vinger Səudiyyə Ərəbistanı təmsilçisində özünü xoşbəxt hiss etmir. Bu barədə "Sports Zone" məlumat yayıb.

32 yaşlı ön xətt oyunçusu meydanda Kriştiano Ronaldo ilə anlaşa bilmədiyi üçün ayrılıq qərarı verib.

Qeyd edək ki, Sadio Mane 2023-cü ilin yayından "Əl-Nəssr"də çıxış edir. Təcrübəli oyunçu komandanın heyətində meydana çıxdığı 46 rəsmi matçda 19 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti