Arne Slot sabiq futbolçusunu "Liverpul"a gətirmək istəyir

18:38 - 8 İyun 2024

İngiltərənin "Liverpul" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Mersisayd təmsilçisi icarə əsasında "Feyenoord"da çıxış etmiş Yankuba Mintehi transfer etmək istəyir. Bu barədə "Telegraph" nəşri məlumat yayıb.

"Liverpul" 19 yaşlı vinger üçün onun müqavilə ilə məxsus olduğu "Nyukasl"la danışıqlara başlayacaq. Premyer Liqa klubunun baş məşqçisi Arne Slot keçmiş futbolçusunu komandasında görmək istəyir.

Qeyd edək ki, qambiyalı futbolçu son mövsümdə "Feyenoord"un heyətində meydana çıxdığı 27 rəsmi matçda 11 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti