Fransalı müdafiəçi "Qalatasaray"a keçə bilər

10:58 - 9 İyun 2024

"Qalatasaray" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi son mövsümü icarə əsasında "Börnli"də keçirmiş Lorents Assinyonu transfer etmək istəyir. Bu barədə "TRT Spor" məlumat yayıb.

"Sarı-qırmızılar" 23 yaşlı sağ cinah müdafiəçisini yay təlim-məşq toplanışına kimi tamamlamağa çalışır. 

Qeyd edək ki, Lorents Assinyon müqavilə ilə "Renn"ə məxsusdur. Fransalı futbolçu 2023/2024 mövsümünü icarə əsasında "Börnli"də keçirib. O, Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti