“Əl-Nəsr”in müdafiəçisi Emerik Laporte La Liqaya qayıtmaq istəyir.
Sportal.az “AS” nəşrinə istinadən xəbər verir ki, ispaniyalı futbolçu artıq adı açıqlanmayan İspaniya klublarından biri ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Bununla belə, hazırda həmin klubla Səudiyyə Ərəbistanı təmsilçisi arasında razılıq yoxdur: “Əl-Nasr” 7 milyon avroluq ilk təklifi rədd edib və yeni təklifi dəyərləndirir.
Laporte bu mövsüm klubda bütün turnirlərdə 40 oyun keçirib, 4 qol və 1 məhsuldar ötürmə edib. Futbolçunun bazar dəyəri 20 milyon avrodur. Səudiyyə Ərəbistanı Pro Liqasının 2023/2024 mövsümünün nəticələrinə əsasən, “Əl-Nəsr” 82 xal toplayaraq çempionatda ikinci yeri tutub.
30 yaşlı futbolçu “Baskoniya”, “Atletik”(Bilbao), “Mançester Siti”də oynadıqdan sonra 2023-cü ildə “Əl-Nəsr”ə keçib.
saytlarin hazirlanmasi