"Beşiktaş"ın futbolçusu Gedson Fernandeş karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, bu ölkənin iki klubu portuqaliyalı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Klublar artıq futbolçunun meneceri ilə danışıqlara başlayıb. İstanbul təmsilçisi 20 milyon avroluq təklif gələcəyi təqdirdə 25 yaşlı orta xətt oyunçusunu satmağa hazırdır.
Qeyd edək ki, "Beşiktaş" Gedson Fernandeşi 2022-ci ilin yayında "Benfika"dan transfer edib. Portuqaliya millisinin sabiq üzvü başa çatan mövsümdə "qara qartallar"ın heyətində meydana çıxdığı 45 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi