"Atletiko" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisi "Real Sosyedad"da çıxış edən Robin Le Normandı transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Atletiko" 27 yaşlı mərkəz müdafiəçisi ilə şəxsi şərtləri artıq razılaşdırıb. Klublar arasında danışıqlar davam edir.
Qeyd edək ki, "Real Sosyedad" Robin Le Normandı 2016-cı ilin yayında Fransanın "Brest" klubundan transfer edib. İspaniya millisinin üzvü son mövsümdə La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 2 qol vurub. Onun klubu ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır.
saytlarin hazirlanmasi