"Fənərbaxça"nın futbolçusu Rayan Kent İstanbulda klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Beşiktaş" ingiltərəli vingeri transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Qara qartallar"ın yeni baş məşqçisi Covanni van Bronxorst "Reyncers"də onun rəhbərliyi altında çıxış etmiş 27 yaşlı ön xətt oyunçusunu komandasında görmək istəyir.
Qeyd edək ki, Rayan Kent 2023-cü ilin yayından "Fənərbaxça"da çıxış edir. İngiltərə U-21 millisinin sabiq üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi