Türkiyə çempionu olan "Qalatasaray" növbəti mövsüm üçün daha iddialı heyət qurmağı planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi artıq bu istiqamətdə fəaliyyətə start verib.
"Sarı-qırmızılar" "Mançester Yunayted"in iki futbolçusunu transfer etmək istəyir. Bunlar sağ cinah müdafiəçisi Aaron Van-Bissaka və yarımmüdafiəçi Skott Maktomineydir.
"Milliyet" nəşrinin yazdığına görə, "Qalatasaray" iki oyunçu üçün İngiltərə klubuna 25 milyon avroluq təklif göndərəcək.
saytlarin hazirlanmasi