Niderland millisində ciddi itki: Avro-2024-də oynamayacaq

13:33 - 11 İyun 2024

Niderland milli komandasının heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, "narıncılar"ın yarımmüdafiəçisi Frenki de Yonq sıradan çıxıb. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

"Barselona"nın futbolçusu millisinin heyətindən kənarlaşdırılıb. Onun əvəzinə Avro-2024 heyətinə Dortmund "Borussiya"sında çıxış edən İan Maatsen daxil edilib.

Qeyd edək ki, Niderland millisi Avro-2024-ün D qrupunda Fransa, Avstriya və Polşa ilə mübarizə aparacaq.

Xəbər xətti