İspaniya milli komandasının sabiq hücumçusu Fernando Torresin məşqçi kimi yeni iş yeri məlum olub.
Sportal.az xəbər verir ki, "Atletiko"nun U-19 komandasını çalışdıran 40 yaşlı mütəxəssis bundan sonra Madrid təmsilçisinin B komandasına rəhbərlik edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gənc məşqçi bu vəzifədə istefaya göndərilən Luis Qarsiya Teveneti əvəzləyib.
Qeyd edək ki, Fernando Torres "Atletiko"nun yetirməsidir. Veteran hücumçu 2001-2007 və 2015-2018-ci illərdə paytaxt təmsilçisinin əsas komandasında çıxış edib. O, 2021-ci ilin yayından U-19 komandasında çalışırdı.
saytlarin hazirlanmasi