Avropa nəhənglərinin istədiyi hücumçu klubunda qaldı - RƏSMİ

13:57 - 12 İyun 2024

Avropada bir çox klubun transfer siyahısında yer alan Benjamin Şeşko gələcəyi ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, sloveniyalı forvard "Leypziq"də qalacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı hücumçu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

"Leypziq" Benjamin Şeşkonu 2023-cü ilin yayında "Zalzburq"dan transfer edib. Sloveniya millisinin üzvü Bundesliqa klubunun heyətində meydana çıxdığı 42 rəsmi matçda 18 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Çelsi", "Arsenal" və "Mançester Yunayted" gənc futbolçunu transfer etmək istəyirdi.

Xəbər xətti