"Beşiktaş" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyə yaxındır.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Atletiko"da çıxış edən Stefan Saviçin transferini yekunlaşdırmaq üzrədir. Bu barədə yerli mətbuat məlumat yayıb.
"Qara qartallar" 33 yaşlı mərkəz müdafiəçisi ilə illik 3,5 milyon avro maaş qarşılığında anlaşma əldə edib.
Qeyd edək ki, Stefan Saviç 2015-ci ilin yayından "Atletiko"da çıxış edir. Monteneqro millisinin üzvü başa çatan mövsümdə Madrid təmsilçisinin heyətində 33 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi