"Barselona"nın futbolçusu Ferran Torres yenidən İngiltərə Premyer Liqasına qayıda bilər.
Sportal.az xəbər verir ki, "Nyukasl" ispan vingeri transfer etmək istəyir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Premyer Liqa klubu 24 yaşlı ön xətt oyunçusu üçün Kataloniya təmsilçisinə bonuslarla birlikdə 20 milyon avroluq təklif göndərəcək.
Qeyd edək ki, "Barselona" ferran Torresi 2022-ci ilin yanvar ayında "Mançester Siti"dən transfer edib. İspaniya millisinin üzvü başa çatan mövsümdə La Liqa nəhənginin heyətində meydana çıxdığı 47 rəsmi matçda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi