"Fənərbaxça"nın futbolçusu Cayden Oostervolde karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Napoli" niderlandlı sol cinah müdafiəçisini transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
Neapol təmsilçisinin baş məşqçisi 23 yaşlı oyunçunu komandasında görmək istəyir. İtalyanlar istanbul klubuna 15 milyon avroluq rəsmi təkliflə müraciət edəcək.
Qeyd edək ki, "Fənərbaxça" Cayden Oostervoldeni 2023-cü ilin yanvar ayında "Parma"dan transfer edib. Futbolçu başa çatan mövsümdə komandanın heyətində meydana çıxdığı 43 rəsmi matçda 2 qol vurub. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi