"Bavariya"nın futbolçusu Dayo Upamekano gələcəyi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, fransalı mərkəz müdafiəçisi komandadan ayrılmaq istəyir. Bu barədə "Bild" nəşri məlumat yayıb.
25 yaşlı futbolçu 3 illik Menhen macərasından sonra klubunu dəyişməyi planlaşdırır. Futbolçu İngiltərə Premyer Liqasında oynamaq istəyir.
Qeyd edək ki, "Bavariya" Dayo Upamekanonu 2021-ci ilin yayında "Leypziq"dən transfer edib. Fransa millisinin üzvü ötən mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 1 qol vurub. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.
saytlarin hazirlanmasi