Rusiya klubunun futbolçusu "Sevilya"da

17:38 - 17 İyun 2024

İspaniyanın "Sevilya" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Əndəlus təmsilçisi Moskva ÇSKA-sı ilə müqaviləsi bitən Çidera Ejukeni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Sevilya" nigeriyalı vingerlə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Çidera Ejuke son mövsümü icarə əsasında "Antverpen"də keçirib. 26 yaşlı futbolçu Belçika təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti