"Stutqart"ın futbolçusu Seru Qirassi Bundesliqada klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Borussiya" qvineyalı hücumçunu transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Dortmund təmsilçisi 28 yaşlı forvardın müqaviləsində yer alan 17,5 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.
Qeyd edək ki, "Stutqart" Seru Qirassini 2023-cü ilin yayında "Renn"dən transfer edib. Təcrübəli hücumçu ötən mövsüm Almaniya klubunun heyətində meydana çıxdığı 30 rəsmi matçda 30 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi