"Qalatasaray" yeni mövsüm üçün yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Tottenhem"də çıxış edən Rodriqo Bentankuru transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Qalatasaray" 27 yaşlı dayaq yarımmüdafiəçisi üçün İngiltərə klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, "Tottenhem" Rodriqo Bentankuru 2022-ci ilin yayında "Yuventus"dan transfer edib. Uruqvay millisinin üzvü ötən mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi