"Fənərbaxça"nın futbolçusu Mişi Batşuayi karyerasını İstanbulun digər klubunda davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Qalatasaray" belçikalı forvardı transfer etmək istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.
"Sarı-qırmızılar"ın 30 yaşlı hücumçu ilə 3 illik müqavilə ilə bağlı razılıq əldə etdiyi bildirilir. Keçid baş tutsa, futbolçu "Qalatasaray"da illik 3 milyon avro maaş alacaq.
Qeyd edək ki, Mişi Batşuayi 2022-ci ilin yayından "Fənərbaxça"da çıxış edirdi. Təcrübəli oyunçu ötən mövsüm komandanın heyətində meydana çıxdığı 43 rəsmi matçda 24 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi