"Bavariya" yeni mövsüm üçün hücum xəttini gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Münhen təmsilçisi müqavilə ilə PSJ-yə məxsus olan Xavi Simonsu transfer etmək istəyir. Bu barədə "Bild" nəşri məlumat yayıb.
"Bavariya" 21 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün PSJ-yə rəsmi təklif göndərib. Paris klubu gənc oyunçu üçün 100 milyon avro təzminat tələb edir.
Qeyd edək ki, Xavi Simons 2023/2024 mövsümünü icarə əsasında "Leypziq"də keçirib. Niderland millisinin üzvü Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 10 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb. Onun PSJ ilə sözləşməsinin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi