"Barselona"nın futbolçusu Ferran Torres İngiltərə Premyer Liqasına qayıda bilər.
Sportal.az xəbər verir ki, "Vest Hem" ispan vingeri transfer etmək istəyir. Bu barədə "Mirror" nəşri məlumat yayıb.
London klubu 24 yaşlı futbolçunu heyətinə qatmaqda israrlıdır. "Çəkicdöyənlər" yaxın günlərdə İspaniya klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, "Barselona" Ferran Torresi 2022-ci ilin yanvar ayında"Mançester Siti"dən transfer edib. İspaniya millisinin üzvü ötən mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi