"Barselona" millinin üzvü üçün növbəti təklif göndərdi

11:34 - 21 İyun 2024

İspaniya millisinin hücumçusu Niko Vilyams "Atletik"dən ayrılmağa yaxındır.

Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, millinin aparıcı üzvü olan futbolçu "Barselona"ya keçidə hazırlaşır. 

Kataloniya klubu onun üçün qarşı tərəfə ikinci dəfə müraciət edib. 

"Atletik" Vilyams üçün 60 milyon avro istəyir. "Barselona" isə 50 milyon avro və futbolçularından birini Bilbao klubuna göndərməyi planlaşdırır. 

21 yaşlı Niko İspaniya Primerosunun son mövsümündə 5 qol vurub, 11 asist edib. 

Xəbər xətti