"Barselona"nın futbolçusu Mark Qui yayda komandadan ayrıla bilər.
Sportal.az xəbər verir ki, "Bavariya" və "Çelsi" 18 yaşlı futbolçunu transfer etçmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Hər iki klub gənc forvardın müqaviləsində yer alan 6 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır. Kataloniya təmsilçisi də ispan futbolçu ilə yeni sözləşmə ilə bağlı danışıqlar aparır.
Qeyd edək ki, Mark Qui "Barselona"nın yetirməsidir. İspaniya U-19 millisinin üzvü La Liqa klubunun əsas komandasının heyətində meydana çıxdığı 7 rəsmi matçda 2 qol vurub. Onun İspaniya nəhəngi ilə müqaviləsi gələn ilin yayında başa çatır.
saytlarin hazirlanmasi