"Bolonya"nın futbolçusu Coşua Zirzke karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, niderlandlı forvard "Mançester Yunayted"ə keçməyə yaxındır. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
"Qırmızı şeytanlar" 23 yaşlı hücumçu üçün onun klubu ilə müqaviləsində yer alan 40 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.
Qeyd edək ki, "Bolonya" Coşua Zirzkeni 2022-ci ilin yayında "Bavariya"dan 8,5 milyon avro qarşılığında transfer edib. Niderland millisinin üzvü ötən mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi