İngiltərənin "Everton" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Aston Villa"dan Tim İroeqbunamı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı müdafiəçinin transferi "Everton"a 9 milyon avroya başa gəlib. İngiltərəli futbolçu ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Tim İroeqbunam ötən mövsüm "Aston Villa"nın heyətində 18 rəsmi meydana çıxıb.
saytlarin hazirlanmasi