"Real" Toni Kroosa əvəzləyici tapdı

20:58 - 22 İyun 2024

"Real" karyerasını bitirəcəyini açıqlayan Toni Kroosa əvəzləyici tapıb.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi "Yuventus"la müqaviləsi başa çatan Adrien Rabyonu transfer etmək istəyir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

"Real" azad agent statusunda olan 29 yaşlı yarımmüdafiəçi ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Adrien Rabyo 2019-cu ilin yayından "Yuventus"da çıxış edir. Fransa millisinin üzvü ötən mövsüm Turin təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti