2023/2024 mövsümünü icarə əsasında "Real"da keçirmiş Xoselu gələcəyi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, ispan hücumçu Madrid təmsilçisində qalmayacaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
34 yaşlı futbolçu "Real"ın baş məşqçisi Korlo Ançelottinin istəyinə baxmayaraq, ayrılıq qərarı verib. Təcrübəli forvard karyerasını Qətərdə davam etdirəcək. Xoselu bu ölkənin "Əl-Qarafa" klubu ilə razılıq əldə edib. Yaxın günlərdə rəsmi açıqlama ediləcək.
Qeyd edək ki, Xoselu müqavilə ilə "Espanyol"a məxsusdur. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.
İspaniya milliinin üzvü ötən mövsüm "Real"ın heyətində meydana çıxdığı 49 rəsmi matçda 17 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi