"Mançester Siti"nin futbolçusu Bernardo Silva karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Bavariya" portuqaliyalı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Münhen təmsilçisi 29 yaşlı oyunçu üçün onun klubu ilə müqaviləsində yer alan 50 milyon funt-sterlinqi ödəməyə hazırdır.
Qeyd edək ki, "Mançester Siti" Bernardo Silvanı 2017-ci ilin yayında "Monako"dan transfer edib. Portuqaliya millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 51 rəsmi matçda 12 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayında başa çatır.
saytlarin hazirlanmasi