"Borussiya"nın hücumçusu Niklas Füllkruq karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Fənərbaxça" alman futbolçunu transfer etmək istəyir. Bu barədə"TRT Spor" məlumat yayıb.
İstanbul təmsilçisi 31 yaşlı forvard üçün Bundesliqa klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, "Borussiya" Niklas Füllkruqu 2023-cü ilin yayında "Verder"dən transfer edib. Almaniya millisinin üzvü hazırda davam edən Avro-2024-də 2 qol vurub və bombardirlər sırasında yer alıb.
saytlarin hazirlanmasi