"Çelsi" klub tarixinin ən bahalı transferinə hazırlaşır.
Sportal.az xəbər verir ki, London təmsilçisi "Nyukasl"da çıxış edən Aleksandr İsakı heyətinə qatmaq istəyir. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
"Çelsi" isveçli hücumçu üçün Moyzes Kaysedo görə "Brayton"a ödədiyi 136 milyon avrodan daha yüksək məbləğ təklif edəcək.
Qeyd edək ki, "Nyukasl" Aleksandr İsakı 2022-ci ilin yayında "Real Sosyedad"dan 70 milyon avroya transfer edib. 24 yaşlı forvard ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 25 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi