"Metz"in hücumçusu Georges Mikautadze Fransada klubunu dəyişəcək.
Sportal.az xəbər verir ki, Avro-2024-də uğurlu performans sərgiləyən gürcü futbolçunu "Monako" transfer edəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Knyazlıq" təmsilçisi 23 yaşlı forvardla şəxsi şərtləri razılaşdırıb. "Monako" Avropa çempionatı bitmədən transferi rəsmiləşdirmək istəyir.
Qeyd edək ki, Georges Mikautadze Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsində meydana çıxdığı 3 oyunda 3 qol vurub. Onun "Metz"lə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi