"Adana Demirspor"dan ayrılan Dorukhan Toközün yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, türk yarımmüdafiəçi Super Liqanın debütantı "Eyüpspor"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı futbolçu İstanbul təmsilçisi ilə 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Dorukhan Toköz ötən mövsüm "Adana Demirspor"un heyətində meydana çıxdığı 25 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi