Ukraynalı hücumçu Türkiyə klubuna keçir

18:55 - 28 İyun 2024

Türkiyənin "Trabzonspor" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi "Brügge"də çıxış edən Roman Yaremçuku transfer etmək istəyir. Bu barədə Belçika mətbuatı məlumat yayıb.

"Trabzonspor"un 28 yaşlı forvard üçün onun klubu ilə razılıq əldə etdiyi bildirilir. Qara Dəniz təmsilçisi təcrübəli futbolçuya 3+1 illik müqavilə təklif edib.

Qeyd edək ki, Roman Yaremçuk ötən mövsüm icarə əsasında "Valensiya"da çıxış edib. Ukrayna millisinin üzvü "yarasalar"ın heyətində meydana çıxdığı 27 rəsmi matçda 7 qol vurub. Onun "Brügge" ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Xəbər xətti