"Real" ötən mövsüm icarə əsasında komandada çıxış edən Xoselu ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisi ispan forvardın transfer hüququna yiyələnib. "Kral klubu" bunun üçün qarşı tərəfə 1,5 milyon avro təzminat ödəyib.
Lakin "Real" Xoselunu komandada saxlamayıb. Belə ki, La Liqa nəhəngi 34 yaşlı hücumçunu Qətərin "Əl-Qarafa" klubuna satıb.
Qeyd edək ki, Xoselu ötən mövsüm "Real"ın heyətində meydana çıxdığı 50 rəsmi matçda 17 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi