"Aston Villa"nın futbolçusu Filipe Koutinyo ölkəsinə qayıdacaq.
Sportal.az xəbər verir ki, braziliyalı hücumameyilli yarımmüdafiəçi "Vasko da Qama" ilə razılıq əldə edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Braziliya millisinin sabiq üzvü klubla şəxsi şərtləri razılaşdırıb. "Aston Villa"nın qarşıdakı günlərdə 32 yaşlı ön xətt oyunçusuna azad agent statusu verəcəyi bildirilir.
Qeyd edək ki, Filipe Koutinyo ötən mövsüm Qətərin "Əl-Duhail" klubunda çıxış edib. Təcrübəli oyunçu koma22 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi