"Beşiktaş" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Benfika"da çıxış edən Artur Kabralı transfer etmək istəyir. Bu barədə "Record" nəşri məlumat yayıb.
"Qara qartallar" braziliyalı forvard üçün Portuqaliya klubu ilə rəsmi danışıqlara başlayıb.
Qeyd edək ki, "Benfika" Artur Kabralı 2023-cü ilin yayında "Fiorentina"dan 20 milyon avroya transfer edib. 26 yaşlı futbolçu Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 11 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi