İan Maatseni "Aston Villa"ya satan "Çelsi" Birmingem təmsilçisindən yeni futbolçu transfer edib.
Sportal.az xəbər verir ki, londonlular Omari Kellimanı rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Çelsi" 18 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün qarşı tərəfə 22,5 milyon avro təzminat ödəyib. "Mavilər" gənc oyunçu ilə 6+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Omari Kelliman "Aston Villa"nın əsas komandasının heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi