"Yuventus"un futbolçusu Filip Kostiç komandadan ayrılacaq.
Sportal.az xəbər verir ki, "Kristal Pelas" serb yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
İngiltərə klubu 31 yaşlı hücumameyilli futbolçu üçün 15 milyon avroluq təklif göndərib.
"Qalatasaray" və "Fənərbaxça" da təcrübəli oyunçu ilə maraqlanır.
Qeyd edək ki, Filip Kostiç 2022-ci ilin yayından "Yuventus"da çıxış edir. Serbiya millisinin üzvü ötən mövsüm Turin təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 4 qol ötürməsi ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.
saytlarin hazirlanmasi